Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1338
21.09.2021, 16:54
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Oxu24.com-a bildirilib ki, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.
Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qaydalarını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.
Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonunun Qoltuq kənd sakinləri - 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.
Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
20:17 / 10 Noyabr 2026
25
20:10 / 10 Noyabr 2026
79
19:59 / 10 Noyabr 2026
58
19:58 / 10 Noyabr 2026
58
19:52 / 10 Noyabr 2026
72
19:52 / 10 Noyabr 2026
71
19:43 / 10 Noyabr 2026
75
19:40 / 10 Noyabr 2026
100
19:26 / 10 Noyabr 2026
95
19:20 / 10 Noyabr 2026
446
19:06 / 10 Noyabr 2026
110
18:58 / 10 Noyabr 2026
599
18:56 / 10 Noyabr 2026
104
18:39 / 10 Noyabr 2026
176
18:26 / 10 Noyabr 2026
354
18:25 / 10 Noyabr 2026
146
18:19 / 10 Noyabr 2026
163
18:17 / 10 Noyabr 2026
128
18:04 / 10 Noyabr 2026
196
18:02 / 10 Noyabr 2026
1421
17:54 / 10 Noyabr 2026
141
17:42 / 10 Noyabr 2026
159
17:35 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.