Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58299
az

SON DƏQİQƏ! Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

16:4010 Sentyabr, 2021
1947
  • A

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib.
 

Oxu24.com  xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri, 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş mühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri" laboratoriyasının rəhbəri vəzifələrində çalışıb.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi.

O.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. 

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Alim 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifi idi.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu müəllimlərə PİS XƏBƏR
Faciəli şəkildə öldü
Polis əməkdaşı faciəvi şəkildə vəfat etdi

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ