Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Dövlət Agentliyi RƏSMİ MƏLUMAT YAYDI: Bakı, Sumqayıt və Gəncə...

SON DƏQİQƏ! Dövlət Agentliyi RƏSMİ MƏLUMAT YAYDI: Bakı, Sumqayıt və Gəncə...

REDAKTORUN SEÇİMİ

2365

25.08.2021, 10:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.

Bu barədə Oxu24.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.

Beləliklə, vətəndaşların müraciət çoxluğu nəzərə alınaraq xidmət vaxtı uzadılıb.

Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.