Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1786
14.04.2021, 18:58
Tovuz rayonunda yerləşən tibb mərkəzində tibb bacısı işləyən qızın qaçırılması faktı ilə bağlı Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 2000-ci il təvəllüdlü Rza H, onun qardaşı 2003-cü il təvəllüdlü Orxan H, dostları Gündüz və Nurlan barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü ( adam oğurluğu-bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi aprelin 7-də başa çatıb.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, Rza M. hadisədən bir müddət əvvəl Tovuzun Düz Cırdaxan kəndi ərazisində yerləşən və "Farm Gafur” adı ilə tanınan "Tovuz” tibb mərkəzində cərrahi əməliyyat edilib. Stasionar müalicədə olduğu müddətdə ona tibb bacısı Ayşən V. (şərti) adlı tibb bacısı qulluq edib. Rzanın tibb bacısından xoşu gəlib və həmin vaxt onun yanında qalan bacısı S.H-ya Ayşəni bəyəndiyini, onunla evlənmək istədiyini və qızın nömrəsini almasını xahiş edib.
Lakin Ayşən V. xəstə yatağında olan gənc oğlanla münasibət qurmaqdan imtina edib. Lakin o, əməliyyat olunmuş şəxsin bacısına lazım olanda əlaqə saxlamaq üçün nömrəsini verib. Rza da bacısından nömrəni əldə edib. O, xəstəxanadan buraxılandan sonra tibb bacısının votsapına mesajlar yazmağa başlayıb.
Rza M. ifadəsində bildirib ki, tibb bacısının qayğıkeş və mülayim rəftarından çox təsirlənib. O, Ayşənin də onu sevdiyini zənn edib. Beləliklə gənc oğlan anasını Şəmkirdən Tovuza elçiliyə göndərib. Lakin qarşı tərəf bu izdivaca razılıq verməyib, qızın anası övladının Rzaya verməyəcəyini bildirib.
Bundan sonra gənc oğlan sevdiyi tibb bacısını qaçırmaq haqqında düşünməyə başlayıb. O, kiçik qardaşı Orxana "bizim maddi imkanımız zəifdir, kasıbıq, ona görə anası bizimlə qohum olmaq istəmədi” deyərək təhrikedici fikirlər irəli sürüb. Həmçinin qardaşı və digər şəxslərin yanında əslində Ayşənin onu sevdiyini, anasının bu işə mane olduğunu deyib. Beləliklə 2 qardaş yaxın tanışları olan Nurlan və "Gədəbəyli” adı ilə tanınan taksi sürücüsü Gündüzlə qaçırma planı tərtib ediblər.
Onlar Şəmkirdən Tovuzun Düz Cırdaxan kəndinə yola düşüblər və qızın işə gəlməsini gözləyiblər. Burada məlum olub ki, Ayşən V. işə bacısı ilə gəlir. Onlar maşınla yaxınlaşaraq qəfil hərəkətlə 2 bacını tutublar. Bu zaman Rzanın sevdiyi qıza gücü çatmadığından ona Gündüz kömək edib. Ayşən V. da ifadəsində ona qarşı fiziki gücün və xəsarətlərin Rza tərəfindən deyil taksi sürücüsü Gündüz tərəfindən yetirildiyini deyib. Beləliklə, bacısını "zərərsizləşdirib”, Ayşəni də maşına salandan sonra Rza Gündüzün avtomobilini idarə edərək uzaqlaşıb. Maşının arxa oturacağında isə Gündüz Ayşəni bərk-bərk tutaraq saxlayıb.
Lakin avtomobil Şəmkir rayonuna yaxınlaşdıqda onlara DYP maşını yaxınlaşaraq saxlamalarını tələb edib. Bundan sonra Ayşən V. azad edilib, qrup üzvləri isə saxlanılaraq şöbəyə aparılıb.
Məhkəmə prosesində Ayşən V. qarşı tərəflə barışdıqlarını bildirərək şikayətini geri götürüb. Həmçinin bir çox yüngülləşdirici hallar olduğundan məhkəmə təqsirlənidirilən 4 nəfər barəsində şərti cəzaya hökm edərək onların azadlıqda qalmasına qərar verib.
19:49 / 12 Noyabr 2026
36
19:36 / 12 Noyabr 2026
56
19:31 / 12 Noyabr 2026
60
19:19 / 12 Noyabr 2026
70
19:15 / 12 Noyabr 2026
68
19:09 / 12 Noyabr 2026
62
19:03 / 12 Noyabr 2026
69
18:58 / 12 Noyabr 2026
79
18:50 / 12 Noyabr 2026
78
18:42 / 12 Noyabr 2026
801
18:40 / 12 Noyabr 2026
77
18:32 / 12 Noyabr 2026
327
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
97
18:16 / 12 Noyabr 2026
108
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
105
17:53 / 12 Noyabr 2026
100
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
117
16:21 / 12 Noyabr 2026
137
15:55 / 12 Noyabr 2026
172
15:36 / 12 Noyabr 2026
606
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.