Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46788
az

Azərbaycanda qar və çovğunla bağlı XƏBƏRDARLIQ

12:0718 Yanvar, 2021
4039
  • A

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Xəbərdarlığa görə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
İnəklər kütləvi şəkildə niyə öldü?
Avtobusda ölən şəxs kimdir?

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü