Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1076
06.12.2020, 15:49
30 illik həsrətə son qoyaraq bizi tarixi torpaqlarımıza qovuşduran qəhrəmanlarımızdan nə qədər danışsaq, yenə də azdır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, kəşfiyyat rəisi olan şəhid mayor Taleh Kərimov da torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb.
Öz cəsarəti və qorxmazlığı ilə seçilən 35 yaşlı mayor Taleh Kərimov Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidin bacısı Pərvanə Rəcəbova qardaşı ilə qürur duyur:
“Şöhrət zirvəsinə hər adam ucala bilər. Amma şəhidlik zirvəsi hər oğula qismət olmur. Hamımız əbəs yerə demirik ki, şəhidlər ölməzdir. Onun da yoxluğunu, itkisini mən qəbul etmək istəmirəm. Bu çox çətindir. Nə zamansa hamımız bu dünyadan köçüb gedirik. Amma şəhidlər hər iki dünyada əbədiyyən yaşayırlar. Ona görə də mən onunla fəxr edirəm. Bütün şəhidlərimizin timsalında öz qardaşımla qürur hissi duyuram. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar”.
Şəhidin bacısı digər Mehriban Mirzəyeva da deyir ki, Talehin şəhid olması ürəklərini ağrıtsa da, vətən torpaqlarının azad olunmasında payının olması ailəsi üçün böyük fəxr və təsəllidir: “Bu yaşına qədər biz onu elə gülən görmüşdük. Xatirimdə də elə gülən uşaq kimi qalıb. Savadlı idi, oxuyan idi. Çalışırdı ki, elə hər şeyin yaxşısını bacarsın. Belə şeyləri var idi onun. Orta məktəbi savadlı uşaq kimi qurtardı. Universitetə qəbul oldu Hərbi Akademiyaya, gözəl də oranı bitirdi. Həm bir qardaş kimi, həm də bir mütəxəssis kimi gözəl yetişdi. Sadəcə, ömrü qısa oldu”.
Düşmənin kabusuna çevrilən kəşfiyyatçı Taleh böyük döyüş yolu keçib. Ali Hərbi Məktəbi bitirəndən sonra bir sıra beynəlxalq kurslarda və təlimlərdə iştirak edərək, təcrübəsini artırıb. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində də xidmətləri olub. Son iş yeri olaraq Müdafiə Nazirliyində çalışan Taleh Kərimov 44 günlük ikinci Qarabağ müharibəsində də düşmənin bir neçə zirehli texnikasını, canlı qüvvəsini məhv edib.
Qorxu duymurdu. Şəhidin müəllimi, ehtiyatda olan zabit Sahib Quliyevin sözlərinə görə, ürəyində böyük Vətən sevgisi var idi mayor Taleh Kərimovun: “Bir zabit kimi o, fikirləşmirdi, mən zabitəm bu da mənim işimdir. Elə deyildi. O, vətənə, torpağa o qədər bağlı idi ki, bilmirdi nə etsin. Bax, bu axırıncı Qarabağ döyüşlərində nazirlikdə şöbə müdiri olmasına baxmayaraq, könüllü olaraq ərizəsi ilə yuxarı komandanlığa müraciət edərək seçmişdi bu yolu. Əlbəttə, getdi o dövrdə. Gedəndə sanki onun ürəyinə dammışdı. Bütün dostla, tanışla vidalaşdı, hətta mənim evimə gəldi, dedi, müharibədir, gedirik”.
Şəhid Taleh Kərimov xidmətdə fərqləndiyinə görə bir çox medallara və fəxri fərmanlara layiq görülüb. Onun bizə ən böyük əmanəti isə Vətəndir.
10:21 / 15 Noyabr 2026
1
10:18 / 15 Noyabr 2026
16
10:12 / 15 Noyabr 2026
37
09:35 / 15 Noyabr 2026
241
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
341
23:51 / 14 Noyabr 2026
188
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
692
23:01 / 14 Noyabr 2026
531
22:28 / 14 Noyabr 2026
1359
22:19 / 14 Noyabr 2026
172
21:55 / 14 Noyabr 2026
176
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1175
21:04 / 14 Noyabr 2026
1263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.