Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43441
az

Ermənilər Zəngəzur rayonunda 8 kilometr geri çəkildi

10:1905 Dekabr, 2020
2673
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir. Bu barədə news.am məlumat yayıb. “Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir… Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur”, – deyə Xaçatryan şikayətlənib. Onun sözlərinə görə, kəndin mövqeyi yerli sakinlərdən ibarət dəstə tərəfindən tutulub. “…Keçən ayın 20-dən bəri mövqelərimizi müdafiə edirik… Kəndimizi qoruyuruq” deyir Xaçatryan, kimdən müdafiə olunduqlarını və ümumiyyətlə, kimin onlara hücum edəcəyini açıqlamadan. Otlaq və əkin sahələrdən danışarkən Xaçatryan bildirib ki, onların böyük hissəsi artıq sərhədin o biri tərəfindədir və “kənd təsərrüfatının profilini dəyişdirmək, istixana təsərrüfatı, intensiv heyvandarlıqla məşğul olmaq lazımdır”./virtual.org/ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ