Qaynar xətt:

(+99450) 247 90 86

Bu gündən Azərbaycanda restoran və bərbərxana fəaliyyətini dayandırdı

Bu gündən Azərbaycanda restoran və bərbərxana fəaliyyətini dayandırdı

REDAKTORUN SEÇİMİ

607

05.12.2020, 08:21

Bu gündən dekabrın 7-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.