Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43388
az

Azərbaycan Fransaya nota verdi

17:0904 Dekabr, 2020
727
REDAKTORUN SEÇİMİ
  • A
Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Oxu24.com-a Azərbaycan XİN-dən məlumat verilib. Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib. Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb. Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı