Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43290
az

Azərbaycanın əsl niyyəti bu idi, bizim əsas düşmənimiz... - Babayandan ŞOK ETİRAFLAR

15:5603 Dekabr, 2020
1006
REDAKTORUN SEÇİMİ
  • A
Qarabağla bağlı bəyanat bizim üçün çox çətin oldu. Bu, "Brest-Litovsk" sülhünə bənzəyir, hətta ondan daha betərdir”. Publika.az xəbər verir ki, bu sözləri Qarbağdakı keçmiş qondarma rejimin prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri David Babayan RİA "Novosti"yə müsahibəsində deyib. O bildirib ki, baş verənlərin digər qüvvələrin deyil, öz günahları olduğunu anlamalıdırlar: “Hətta mən Türkiyə və ya Azərbaycanı günahkar görmürəm. Onlar ən dürüst düşmənlərdir. Heç vaxt əsl niyyətlərini gizlətmirdilər. Həmişə əsas məqsədlərinin Xankəndi, Şuşa və s. olduğunu söylədilər”. Babayan əmindir ki, iki ölkə arasındakı hərbi gərginləşmənin nəticələri və nəticədə əldə olunan razılaşma üçün əsas məsuliyyət Ermənistan tərəfindədir: “Biz Azərbaycana və ya Türkiyəyə məğlub olmadıq, özümüzə məğlub olduq. Hər zaman bunu nəzərə almalıyıq. Yeni müharibənin strateji mahiyyətini müəyyənləşdirə bilmədik. Ancaq bu, müdafiə siyasətinin aparılması üçün ən vacib şərtlərdən biridir. Müharibə əsasən təmassız idi, itkilərimizin çoxu dronlardan oldu”. Məlumat üçün bildirək ki, “Brest-Litovsk” Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni Bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı - Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsidir. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son sazişdir. Müqavilə 2 aylıq danışıqların nəticəsində, Ukraynanın Almaniya nəzarəti altında olan Bialistok-Qrodno əyalətinin Brest-Litovsk şəhərində imzalanıb. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının ittifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməyib. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanıb, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı
Tələbələrə şad xəbər: Bu güzəştlər olacaq (VİDEO)

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat