Pensiyalarla bağlı AÇIQLAMA
25 May 2026, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5370
01.12.2020, 15:12
Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:
1.1. üç və ya daha çox uşağı olan;
1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
1.4. ailənin tək övladı olan;
1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
09:47 / 27 May 2026
1
09:42 / 27 May 2026
13
09:40 / 27 May 2026
15
09:32 / 27 May 2026
55
09:25 / 27 May 2026
47
09:09 / 27 May 2026
380
09:02 / 27 May 2026
91
08:59 / 27 May 2026
60
08:53 / 27 May 2026
120
08:41 / 27 May 2026
103
08:22 / 27 May 2026
90
08:15 / 27 May 2026
83
08:12 / 27 May 2026
175
08:08 / 27 May 2026
83
08:08 / 27 May 2026
334
02:51 / 27 May 2026
111
00:25 / 27 May 2026
141
00:19 / 27 May 2026
391
00:19 / 27 May 2026
170
00:17 / 27 May 2026
128
00:01 / 27 May 2026
666
23:59 / 26 May 2026
245
23:56 / 26 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.