Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
33012
30.11.2020, 15:13
Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi türk əsgərlərinin Qarabağda xidməti ilə bağlı qərar qəbul edib və qərar artıq təsdiqlənib.
Lakin qərar artıq iki həftədir ki, qəbul edilsə də icra edilmir. Maraqlıdır, türk əsgərlərinin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblər nələrdir? Əsgərlərin Azərbaycanda 1 ildən çox qalma ehtimalı varmı?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib:
“Biz Cümhuriyyət Xalq Partiyası olaraq Qarabağa əsgərlərin göndərilməsi qərarının leyhinə səs verdik. Əslində qərar qəbul edildikdən dərhal sonra əsgərlərin Azərbaycana göndərilməsi lazım idi. Hazırda bu istiqamətdə hazırlıqlar davam etdirilir. Lakin məlum olduğu kimi bu məsələdə birbaşa səlahiyyətli şəxs ölkə başçısı Rəcəb Tayyib Ərdoğandır. Buradan çağırış edərək deyirəm ki, artıq əsgərlərin göndərilməsinin tam vaxtıdır.
Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır”.
Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:
“Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır”.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.