Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
786
30.11.2020, 12:20
Professor Dr. Alpay Azap hesab edir ki, antibiotiklər barədə tədbirlər görülməzsə, yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış alim antibiotiklərin yalnız bakteriyaların səbəb olduğu infeksiyalara qarşı təsirli olduğunu deyib:
“Odur ki, antibiotiklər qrip və soyuqdəymə kimi infeksiyalarda deyil, bakteriyaların səbəb olduğunu düşündüyümüz infeksiyalarda həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Antibiotiklər bütün canlı hüceyrələrə zərər verə biləcək ciddi dərmanlardır. Antibiotiklərin lazımsız istifadəsi başda ürək, qaraciyər və böyrəklərə ziyan vura bilər. Antibiotik müqaviməti bakteriyalar antibiotiklərlə qarşılaşdığı zaman meydana gəlir. Hər bir fərdin cəmiyyətdə fərqli xüsusiyyətləri olduğu kimi, istifadə edilən antibiotiklərə qarşı bakteriyaların təbii müqaviməti də fərqlidir. Antibiotiklər ona həssas olan bakteriyaları öldürsə də, anadangəlmə müqavimətli olan bakteriyalar ölmürlər, əksinə həssas bakteriyaların ölümü ilə yaranmış boşluqdan istifadə edərək çoxalmağa davam edirlər. Üstəlik özlərinin antibiotikə qarşı müqavimət göstərən genetik xüsusiyyətlərini başqalarına da bulaşdıraraq onların da müqavimət göstərməsinə səbəb olurlar. Bir müddətdən sonra o bakteriya növü antibiotikə qarşı davamlı olur”.
Antibiotiklərin düzgün və rasional istifadəsinin yalnız həkimlərin səyləri ilə mümkün olacağını və bu məsələdən ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edən professor hesab edir ki, antibiotik müqaviməti yaxın gələcəkdə insan sağlamlığı üçün ciddi bir təhlükə yaradacaq:
“Ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. İnsanlar çox sadə infeksiyalardan öləcəklər.
Əl yuma və ümumi gigiyena qaydalarına riayət etməklə, peyvəndlənmə və immun sistemini gücləndirməklə infeksiyanın qarşısını almaq mümkündür, bu halda antibiotik istifadəsinə ehtiyac qalmayacaq”.
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.