Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2758
29.11.2020, 22:42
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.
Oxu24.com axar.az-a istinadla xəbər verir ki, N.Paşinyan Feysbuk üzərindən açıqlamasında oktyabrın 19-da ona Qarabağ separatçı-terrorçularının başçısı Araik Arutyunyanın zəng etdiyini bildirib:
"O dedi ki, müharibəni dayandırmaq lazımdır. Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını "dqr"in "keçmiş prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir".
Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:
"Putin dedi ki, müharibənin dayanması üçün danışıqların məntiqinə uyğun olaraq Qarabağın statusu məsələsindən imtina etməli, keçmiş DQMV-nin ətrafında olan rayonları qaytarmalısınız və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir".
Paşinyan deyib ki, səslənən təkliflərə sülhməramlıların keçmiş DQMV-nin sərhədlərinə və Laçın dəhlizinə yerləşdirilməsi şərti ilə razılıq verib.
"Bu variantı Arutyunyana çatdırdım, Arutyunyan razı olduğunu bildirdi. Bundan sonra parlamentdəkənar partiyaların da iştirakı ilə iclas çağırdım və qəbul olunan qərarı onlara elan etdim. İslasda bir çoxları bunu narazılıqla qarşıladı, iclasdan sonra isə bəziləri sosial şəbəkələrdə "artsax" uğrunda ümummilli mübarizəni dayandırmağın xainlikdən başqa bir şey olmadığını yazdı", – Paşinyan deyib.
Erməni baş nazirin sözlərinə görə, həmin gün parlament fraksiyalarının iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda ölkə prezidenti və bütün ermənilərin katalikosu da iştirak edib:
"Mən müxalifətə elan etdim ki, hansısa məsuliyyəti onların üzərinə yıxmaq istəmirəm, sadəcə, məlumat verirəm ki, belə bir addım atmağı nəzərdə tuturam, sonra elə çıxmasın ki, xalqdan gizli nəsə etmək istəyirəm. Həmin vaxt ictimai bir açıqlama versəydim, Azərbaycan təklif olunan ssenaridən imtina edəcəkdi, erməni tərəfi isə çox çətin bir vəziyyətə düşəcəkdi".
Paşinyan bildirib ki, iclasdan sonra Putinə zəng edərək, təkliflərə razı olduğunu deyib. Putin isə bildirib ki, Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə edib, sabah ona zəng edəcək:
"Səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bildirdilər ki, Qarabağın statusu müəyyən edilmədən hər hansı razılaşmaya qarşı çıxırlar. Onlar həm də bunu Ermənistanın keçmiş prezidentləri adından dediklərini bildirdilər.
Ancaq bunlar artıq vacib deyildi, mən artıq qərar vermişdim və sona qədər getmək istəyirdim".
Növbəti gün, söz verdiyi kimi, Rusiya Prezidenti zəng edir. Putin deyir ki, İlham Əliyev buna razıdır, ancaq tələbləri var: sülhməramlılar keçmiş Dağlıq Qarabağın ərazisi boyu deyil, Azərbaycan Ordusunun dayandığı yerdən sonra – faktiki təmas xəttinə gələ bilər. Həmin vaxt Hadrut və Talış artıq Azərbaycan Ordusunun nəzarətində idi və onlar geri çəkilmək fikrində deyildilər:
"Bundan başqa, İlham Əliyev tələb etmişdi ki, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtmasını mütləq təmin etməlidir.
Bu şərtlə mən atəşkəsə razı ola bilməzdim. Belə ki, hətta Hadruta razılaşsam da, Şuşanın geri verilməsi ilə heç cür razılaşa bilməzdim. Prezident Putin təəccübləndi ki, niyə mən azərbaycanlıların geri qayıtmasına qarşıyam. Onda mən öz arqumentlərimi dedim və Putin onların "məntiqli olduğunu" bildirdi".
Paşinyan deyib ki, azərbaycanlıların Şuşaya geri qayıdacağına razılaşsaydı, onda bu ərazidə sayca azərbaycanlılar böyük üstünlük qazanacaqdılar və Xankəndi yolu məsələsi gündəmə gələcəkdi: bu yolu kim və necə nəzarət edəcəkdi?
Paşinyan həmçinin deyib ki, bu şərtə razılaşacağı halda Azərbaycanın yeni tələbləri başlayacaqdı: məsələn, Şuşadan Qırmızı Bazara qədər olan yola nəzarət.
Paşinyanın bundan sonra təklif edilənlərin sonuncusu – "ən pis təkliflə" niyə razılaşdığını hələlik açıqlamayıb.
Xatırladaq ki, bundan öncə Paşinyan müharibənin qaçılmaz olması səbəblərinə aid öz yanaşmasını təqdim etmiş və dərhal da çox ciddi təkziblər və iradlarla qarşılaşmışdı. Xüsusilə eks-prezident Serj Sərkisyanın kürəkəni Minasyan Paşinyanı manipulyasiyada, xalqı növbəti dəfə aldatmaqda ittiham etmişdi.
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.