16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2452
21.07.2020, 19:05
“Dünən Serbiya müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona Serbiyanın Ermənistana silah satmasının Azərbaycan-Serbiya münasibətlərinin ruhuna cavab vermədiyi qeyd olunub”.
Oxu24.com -un xəbərinə görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O deyib ki, Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması Serbiya müvəqqəti işlər vəkilinin diqqətə çatdırılıb. Görüş zamanı Serbiyalı rəsmi silah satışı məsələsindən xəbərsiz olduğunu, bu məsələni ölkəsinin rəhbərliyinə məruzə edəcəyini söyləyib.
Leyla Abdullayeva onu da bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır: “Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommünikedə baş verən təxribatı qətiyyətlə pisləyib. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər. Beynəlxalq təşkilatlarla bərabər, ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib. Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə bildirib ki, Ermənistan tərəfi itkilərini gizlədir: “Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayaq məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin də olması ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.
Vaqif Dərgahlı onu da nəzərə çatdırıb ki, düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”.
Hazırda təmas xəttində vəziyyətin ordumuzun nəzarəti altında olduğunu deyən Vaqif Dərgahlı bildirib ki, bəzi KİV-lərin Tovuzda gedən döyüşlər zamanı yaralananlara baş çəkmək istəyini anlayışla qarşılasalar da, pandemiya səbəbindən bunun mümkün olmadığını hamı qəbul etməlidir.
19:27 / 16 May 2026
1
19:00 / 16 May 2026
34
18:49 / 16 May 2026
55
18:35 / 16 May 2026
62
18:22 / 16 May 2026
168
18:07 / 16 May 2026
58
17:56 / 16 May 2026
167
15:34 / 16 May 2026
74
15:15 / 16 May 2026
325
15:13 / 16 May 2026
92
14:31 / 16 May 2026
77
14:25 / 16 May 2026
80
14:15 / 16 May 2026
81
13:55 / 16 May 2026
97
13:33 / 16 May 2026
89
13:29 / 16 May 2026
318
13:25 / 16 May 2026
82
13:15 / 16 May 2026
83
12:55 / 16 May 2026
95
12:54 / 16 May 2026
408
12:39 / 16 May 2026
2363
12:36 / 16 May 2026
98
12:29 / 16 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.