Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
751
21.07.2020, 11:38
“İyulun 12-də Tovuz istiqamətində düşmən mövqelərimizi ələ keçirməyə cəhd edib”.
“Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayan məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Ermənistan tərəfi itkiləri gizlədir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur:
“Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.
V. Dərgahlı nəzərə çatdırıb ki, düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub:
“İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”.
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.