Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə xəbərdarlıq edildi: Bu gündən etibarən...

Əhaliyə xəbərdarlıq edildi: Bu gündən etibarən...

REDAKTORUN SEÇİMİ

2220

21.07.2020, 11:01

Əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  bildirilib ki, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27,  gündüz 34-39, Bakıda  gecə 25-27, gündüz  36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.  

İyulun 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 22-27, gündüz  36-41, dağlarda gecə 16-21, gündüz  23-28 dərəcə  isti olacaq.   

İyulun 21-də Abşeron yarımadasında  isti temperatur diskomfortu və  günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.