Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı - AÇIQLAMA

DİN-dən sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı - AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

923

18.07.2020, 16:18

Dünən sosial şəbəkələrdə metronun "Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib. "Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib.