Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ordumuzla bağlı yalan məlumat yayn şəxs həbs edildi - VİDEO

SON DƏQİQƏ! Ordumuzla bağlı yalan məlumat yayn şəxs həbs edildi - VİDEO

REDAKTORUN SEÇİMİ

12442

17.07.2020, 21:01

Sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan Göyçay sakini həbs edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus “Facebook” hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə bir şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb. 

Bununla bağlı dərhal Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. 

Aydın Rəsulov polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Aydın Rəsulov yalan məlumat yaydığını etiraf edərək, əməlindən peşman olduğunu bildirib.

Aydın Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 maddəsi ilə protokol tərtib edilərək, toplanmış materiallar rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.