16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
895
17.07.2020, 12:46
AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Sərt karantin rejimi davam edərsə, 190 manat birdəfəlik müavinətin avqust ayında da verilməsi gözlənilirmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkəmizin 16 şəhər və rayonunda sərt karantin rejimi tədbiq edilir.
“Sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarda aprel-may aylarında 190 manat birdəfəlik müavinəti alan bütün vətəndaşlarımıza ödəmələr yenidən təmin olunmuşdu. 290 minə yaxın vətəndaşa yenidən bu yardımlar ödənilib. Bilirsiniz ki, sərt karantin rejimi iyulun 20-nə kimi nəzərdə tutulmuşdu. Artıq iki həftə də uzadılsa, bu, avqust ayının 5-nə kimi təsadüf edir. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən sonra da sərt karantin rejimini uzadarsa, 190 manat birdəfəlik müavinətin verilməsi ilə bağlı qərar qəbul edilə bilər. Amma bilirsiniz ki, sərt karantin rejiminin ikihəftəlik uzadılması ilə 190 manat birdəfəlik müavinətin veriləcəyi real səslənmir. Amma hər halda bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.
Ölkə rəhbəri hansı göstərişi verərsə, o istiqamətdə də addımlar atılacaq. İstənilən halda Azərbaycanın güclü iqtisadiyyatı var. Ona görə də bu gün maliyyə problemlərimiz yoxdur. Gələcəkdə də bu istiqamətdə problemlərin olacağı görünmür. Düşünürəm ki, gələcək günlərdə Operativ Qərargahın verəcəyi qərarlara uyğun bu məsələyə baxıla bilər”.
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.