16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
754
15.07.2020, 14:22
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ilə vida mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İkinci Fəxri xiyabanda keçirilən vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyətin nümayəndələri, mərhum zabitlərimizin xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himninin sədaları altında şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərinə və mərasimin bütün iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.
General-mayor Polad Həşimovun qardaşı İlham Həşimov və polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
Elvin Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.
23:27 / 15 May 2026
1
23:25 / 15 May 2026
7
23:22 / 15 May 2026
13
23:20 / 15 May 2026
24
23:19 / 15 May 2026
112
23:15 / 15 May 2026
26
23:09 / 15 May 2026
41
23:08 / 15 May 2026
38
23:04 / 15 May 2026
38
22:50 / 15 May 2026
42
22:44 / 15 May 2026
140
22:33 / 15 May 2026
124
22:24 / 15 May 2026
190
22:01 / 15 May 2026
293
21:31 / 15 May 2026
91
21:21 / 15 May 2026
150
21:10 / 15 May 2026
85
20:59 / 15 May 2026
85
20:55 / 15 May 2026
69
20:22 / 15 May 2026
93
20:06 / 15 May 2026
90
19:57 / 15 May 2026
196
19:47 / 15 May 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.