Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
7767
14.07.2020, 15:43
“İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub”.
Nazirlik rəsmisi bildirib ki, iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xətdində olan general-mayor Polad Həşimov və onunla birlikdə digər hərbi qulluqçular ağır döyüşlərdə qəhrəmancasına həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından ailələrinə başsağlığı verir, ailələrinə səbr diləyirik.
Döyüşlərdə yaralananlar da var və onlar hazırda hərbi tibb müəssisələrində müalicə alırlar. Onların tezliklə sıralarımıza qayıtması üçün həkimlər əllərindən gələni əsirgəmir.
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.
Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Komandanlıq tərəfindən onların döyüş mövqelərində olan hərbi texnikaları və döyüş vasitələrinə zərbə endirilməsi ilə bağlı əmr verilib.
Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Heç bir şəhidin qanı yerdə qalmayacaq və onların qisası tezliklə alınacaq”.
20:22 / 15 May 2026
7
20:06 / 15 May 2026
35
19:57 / 15 May 2026
119
19:47 / 15 May 2026
136
19:38 / 15 May 2026
52
19:17 / 15 May 2026
116
19:09 / 15 May 2026
89
19:01 / 15 May 2026
68
18:50 / 15 May 2026
78
18:40 / 15 May 2026
84
18:28 / 15 May 2026
93
18:07 / 15 May 2026
84
18:00 / 15 May 2026
94
17:47 / 15 May 2026
195
17:12 / 15 May 2026
77
17:00 / 15 May 2026
227
17:00 / 15 May 2026
82
16:56 / 15 May 2026
164
16:38 / 15 May 2026
79
16:35 / 15 May 2026
81
16:20 / 15 May 2026
96
16:13 / 15 May 2026
239
16:09 / 15 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.