Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ermənistan Müdafiə Nazirliyi təxribat xarakterli bəyanat yaydı

SON DƏQİQƏ! Ermənistan Müdafiə Nazirliyi təxribat xarakterli bəyanat yaydı

REDAKTORUN SEÇİMİ

4898

12.07.2020, 17:25

Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəbdən UAZ markalı avtomobil ilə "dövlət sərhədini keçməyə cəhd ediblər".

Oxu24.com  xəbər verir ki,  Ermənistan Müdafiə Nazirliyinin sözçüsü iddia edir ki, Azərbaycan tərəfi Tovuz istiqaməti tərəfdən artileriya atəşi edərək atəşkəsi pozub, ancaq itki verərək geri çəkilib.

İddia edirlər ki, onların itkisi yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi isə deyir ki, hər iki tərəfdən itkilər var və təxribat hücumu Ermənistan tərəfdən olunub.

Hazırda erməni mətbuatı susur. 

Ermənistan Müdafiə Nazirliyi bu kimi boş  və aldadıcı  bəyanatlar verməklə  məsuliyyəti  üzərindən atmağa  çalışır. İşğalçı ölkə bununla  özünü sığortalamağa çalışır.

Azərbaycan Müdafiə Nazirliyi  rəsmi açıqlamasında  düşmənin geri  otuzdurulduğunu  bəyan edib.