Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
953
11.07.2020, 16:16
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Oxu24.com -un "Qafqazinfo"ya istinadən məlumatına görə, Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.
Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.
Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər.
Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyekt sökülüb.
Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu.
11:57 / 15 May 2026
1
11:45 / 15 May 2026
22
11:40 / 15 May 2026
32
11:37 / 15 May 2026
42
11:36 / 15 May 2026
29
11:30 / 15 May 2026
41
11:21 / 15 May 2026
152
11:15 / 15 May 2026
70
11:12 / 15 May 2026
45
10:55 / 15 May 2026
341
10:48 / 15 May 2026
45
10:43 / 15 May 2026
61
10:36 / 15 May 2026
118
10:34 / 15 May 2026
49
10:31 / 15 May 2026
48
10:22 / 15 May 2026
347
10:21 / 15 May 2026
47
10:17 / 15 May 2026
46
10:05 / 15 May 2026
191
10:03 / 15 May 2026
45
10:01 / 15 May 2026
46
00:45 / 15 May 2026
359
00:33 / 15 May 2026
349
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.