Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 55 nəfərin tutulduğu əməliyyatdan şok görüntü: Polis yatdıqları yerdə tutudu (VİDEO)

Bakıda 55 nəfərin tutulduğu əməliyyatdan şok görüntü: Polis yatdıqları yerdə tutudu (VİDEO)

REDAKTORUN SEÇİMİ

1079

11.07.2020, 12:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib. 
 
Oxu24.com  xəbər verir ki, rayonun 2 nömrəli sovxoz ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada  karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus  istixanada  55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.  
 
Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də digər 23 nəfərin 1 otaqlı tiklidə sosial məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.
22 nəfər və  sahibkar  Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
 
Əməliyyatdan videonu təqdim  edirik: