Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31132
az

Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini İTİRDİ

10:3114 May, 2020
775
  • A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətin rəhbərliyində kadr təyinatları aparılıb.

Orxan Nəzərli, Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavinləri vəzifəsinə təyin edilib. Orxan Nəzərli həm də Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Ölkə başçısının sözügedən fərmanı nəticəsində indiyədək vergilər nazirinin 1-ci müavini postunu tutan Sahir Məmmədxanov vəzifəsini itirib. Belə ki, o, Dövlət Vergi Xidmətinin rəhbərliyində yer almayıb.

Xatırladaq ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.

2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.
Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonda hava kəksin dəyişdi: Əraziyə dolu düşür
Gəncədə atışma: Ölən var
Bir nəfərdə qarayara aşkarlandı, iki nəfərdə isə... - Rəsmi

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı