Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən “SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, “SOCAR PETROLEUM”a məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir:
“Hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər. Ümumilikdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.
Məsələ ilə bağlı açıqlama verən “Azpetrol”un mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu da bildirib ki, yayılan məlumat yalandır və bu cür qadağa yoxdur.
Oxu24.com
ŞƏRHLƏR