Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22195
az

Azərbaycanda otelə o qədər adam gəldi ki, xadimələr işi çatdırmadı, direktor işdən qovuldu

15:2207 Yanvar, 2020
424
REDAKTORUN SEÇİMİ
  • A

“Park Qusar Resort” hotelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də hoteldən üçotaqlı kottec bron ediblər:

“Biz üç ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda hotellə əlaqə saxladıq, amma hotelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də hotelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər, hotel doludur deyə xadimə çatdırmayıb.

Biz uşaqlara görə heç olmasa bir otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”. 

“Park Qusar Resort” hotelinin satış təmsilçisi Vüsal Ağayev Qafqazinfo-ya açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib:

“Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də hotelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı.

İndi hotelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə hotelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İyun ayında şanslı olacaq 4 BÜRC – Yeni başlanğıclar...
TƏCİLİ! İsrail bu ərazini ələ keçirdi
Qaz olmayacaq

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi