Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124302
az

15 yaşlı qızı kişilərə 600 manata satan qadın tutuldu

14:3229 Noyabr, 2024
220
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda yetkinlik yaşına çatmayan qızı və bir neçə digər həmcinsini fahişəliyə cəlb etmiş 1993-cü il təvəllüdlü “Sisi” ləqəbli S.Orucova cinayət məsuliyyətinə cəlb edilib.

Oxu24.com  xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barasəndəki cinayət işi üzrə hökm oxunub.

Qadın Cinayət Məcəlləsinin 171 (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, Cəbrayıl rayon sakini olan S.Orucova müxtəlif qadınları 100-200 manat qarşılığında kişi müştərilərlə görüşdürüb. O, 15 yaşlı digər qızı isə 400-600 manat müqabilində görüşlərə cəlb edib. Hər görüşə görə isə 100-200 manat gəlir əldə edib.

Məlum olub ki, o, yetkinlik yaşına çatmayan qızın yaşadığı evdə qalıb. Həmin vaxt yeniyetməninin 13 yaşı olub və aralarında dostluq münasibətləri yaranıb. Bundan sonra “Sisi” yeniyetmə qızı şirnikləndirərək bu işə cəlb edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Orucovaya 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin yüngülləşdirici hallar nəzərə alınaraq onun cəzası 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi