Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı
28 Avqust 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
518
27.11.2024, 12:25
Pakistan hökumətinə qarşı İmran Xanın azad edilməsi tələbi ilə keçirilən kütləvi etirazlar geniş vüsət alır və dördüncü gündür ki, davam edir.
Oxu24.com xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xanın həbsdən azad edilməsini tələb edən tərəfdarları polislə toqquşub və rəsmilərin İslamabadın mərkəzinə qurduğu barrikadaları yarıblar.İlkin məlumata görə 6 nəfər polis əməkdaşı olub.
Şəhərdə praktiki olaraq internet yoxdur, məktəblərdə dərslər ləğv edilib.
Bundan əvvəl Pakistan hakimiyyəti etiraz və mitinqlər də daxil olmaqla, istənilən toplantıya qadağa qoyub.
Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, etirazçılara aksiya keçirmək üçün İslamabadın mərkəzi əvəzinə başqa yer təklif olunub, lakin onlar bundan imtina ediblər.
İslamabadda etiraz aksiyası həbsdə olan keçmiş baş nazir İmran Xanın çağırışı ilə başlayıb. Ötən həftəsonu o, tərəfdarlarına müraciət edərək onları paytaxtın küçələrinə çıxmağa və tələbləri yerinə yetirilməyənə qədər oranı tərk etməməyə çağırıb.
72 yaşlı İmran Xan bir ildən çoxdur ki, dəmir barmaqlıqlar arxasındadır: o, korrupsiya və dövlət sirrini açıqlamaq ittihamları da daxil olmaqla, bir neçə iş üzrə məhkum edilib. Xan dəfələrlə bəyan edib ki, indiki hakimiyyət ona siyasi səbəblərə görə repressiya edir.
Kimdir İmran Xan?
Pakistanın ən populyar idman növü olan kriketin keçmiş ulduzu İmran Xan 2018-ci ildə Pakistanın baş naziri oldu və korrupsiya ilə mübarizə aparacağını və ölkəni iqtisadi böhrandan çıxaracağını vəd etdi.
O, daha sonra ölkədə əhəmiyyətli təsirə malik olan hərbçilər tərəfindən dəstəkləndi. Xan korrupsiyaya qarşı mübarizəni daxili siyasətinin əsas istiqaməti elan etdi.
2022-ci ilin aprelində etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Analitiklərin fikrincə, bu, ona baş nazir kürsüsündə oturmağa kömək edən generalların dəstəyini itirdiyi üçün baş verib.

Hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra İmran Xana bir neçə ittiham irəli sürülüb. O, ilk həbs cəzasını ötən ilin avqustunda alıb, o zaman məhkəmə onu korrupsiya ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edib.
Bu ilin yanvarında İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə daha 10 il həbs cəzası aldı və sözün əsl mənasında ikinci hökmün ertəsi günü məhkəmə onu və həyat yoldaşı Büşra Xanı korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum etdi.
Məhkəmənin fikrincə, İmran Xanın 2018-2022-ci illərdə baş nazir olduğu müddətdə aldığı hədiyyələrin qanunsuz satışı ilə bağlı son hökm. Prokurorlar, bir neçə şüşə ətir, brilyant zinət əşyaları, yemək dəstləri və altısı Rolex olmaqla yeddi cüt saatdan ibarət hədiyyələrin dövlətə aid olduğunu bildiriblər.
Miri
01:31 / 31 Avqust 2026
122
23:17 / 30 Avqust 2026
297
22:54 / 30 Avqust 2026
180
21:59 / 30 Avqust 2026
185
21:17 / 30 Avqust 2026
175
21:17 / 30 Avqust 2026
146
20:11 / 30 Avqust 2026
136
20:05 / 30 Avqust 2026
85
19:27 / 30 Avqust 2026
226
18:36 / 30 Avqust 2026
699
18:33 / 30 Avqust 2026
148
17:55 / 30 Avqust 2026
199
17:25 / 30 Avqust 2026
147
17:15 / 30 Avqust 2026
132
17:10 / 30 Avqust 2026
1056
16:55 / 30 Avqust 2026
139
16:55 / 30 Avqust 2026
172
16:35 / 30 Avqust 2026
126
16:30 / 30 Avqust 2026
136
16:28 / 30 Avqust 2026
840
16:04 / 30 Avqust 2026
667
15:29 / 30 Avqust 2026
1027
15:15 / 30 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.