Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
30 İyun 2025, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
132
26.11.2024, 20:03
Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib: “Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.
Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb: “Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.
Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.
Həmçinin oxuyun
Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.
Daha sonra digər şahidlər ifadə verib.
Proses dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
19:37 / 10 İyul 2025
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
1
19:33 / 10 İyul 2025
Baş dərisini "deşmək" saç çıxardır?
7
19:16 / 10 İyul 2025
"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq
13
19:01 / 10 İyul 2025
Rubio mümkün Tramp-Putin görüşünü şərh edib
15
18:55 / 10 İyul 2025
Dolları nələr gözləyir?
16
18:52 / 10 İyul 2025
Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdilər
204
18:47 / 10 İyul 2025
Havanın temperaturu dəyişəcək - Bu tarixdən...
30
18:42 / 10 İyul 2025
Müharibə başlayandan bəri ən ölümcül ay
22
18:26 / 10 İyul 2025
Vilayət Eyvazov polislərə vətəndaşlarla bağlı TƏLƏB QOYDU
632
18:17 / 10 İyul 2025
Krımda 4 nəfər öldü
29
18:11 / 10 İyul 2025
"Rusiya məğlub olmayacaq"
33
17:58 / 10 İyul 2025
ABŞ-yə getmək istəyənlərə pis xəbər - Giriş bahalaşır
37
17:41 / 10 İyul 2025
Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı
38
17:26 / 10 İyul 2025
DTX onu həbs etdi
1230
17:24 / 10 İyul 2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
35
15:50 / 10 İyul 2025
KİV: UTX polkovniki Kiyevdə güllələnib
52
15:25 / 10 İyul 2025
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
57
15:19 / 10 İyul 2025
40 vəzifəli şəxs işdən çıxarıldı, 100-dən çoxuna töhmət verilib
198
15:16 / 10 İyul 2025
Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...
421
15:07 / 10 İyul 2025
Tualetə görə təyyarə təcili eniş etdi
68
14:48 / 10 İyul 2025
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi
249
14:29 / 10 İyul 2025
Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
1134
13:34 / 10 İyul 2025
Rusiya yeni qırıcıları orduya cəlb etdi - VİDEO
81
13:30 / 10 İyul 2025
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi matçında BİABIRÇILIQ
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.