Ramil Səfərovun yeni rütbəsi ilə FOTOSU yayıldı
28 Avqust 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
246
20.11.2024, 11:36
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir.
Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib ki, övladlarının həyatına zərər yetiriləcəyi barədə təhdid mesajları alır: “İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər”.
Təhdid mesajının fotosunu paylaşan Q.Ataşova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, Q.Ataşovanın müraciəti ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Q.Ataşova instaqram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirib. Bu məsələ geniş müzakirlərə səbəb olub. Ötən gün isə jurnalistin instaqram səhifəsi bağlanıb.


07:07 / 01 Sentyabr 2026
18
04:50 / 01 Sentyabr 2026
48
00:55 / 01 Sentyabr 2026
196
00:52 / 01 Sentyabr 2026
401
00:40 / 01 Sentyabr 2026
154
00:00 / 01 Sentyabr 2026
307
23:56 / 31 Avqust 2026
113
23:49 / 31 Avqust 2026
133
23:39 / 31 Avqust 2026
119
23:28 / 31 Avqust 2026
223
23:16 / 31 Avqust 2026
102
23:11 / 31 Avqust 2026
307
23:10 / 31 Avqust 2026
400
23:06 / 31 Avqust 2026
1998
23:04 / 31 Avqust 2026
89
22:35 / 31 Avqust 2026
104
21:39 / 31 Avqust 2026
132
21:32 / 31 Avqust 2026
1015
21:26 / 31 Avqust 2026
106
21:02 / 31 Avqust 2026
3119
20:59 / 31 Avqust 2026
84
20:58 / 31 Avqust 2026
101
20:48 / 31 Avqust 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.