Gəncədə ağır qəza: Yaralılar var
16 Mart 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
553
14.11.2024, 16:22
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Xalq artistinin tərcümeyi halı hakim tərəfindən səsləndirilib. O, hüquqlarını müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.
Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.
Ağadadaş Ağayev jurnalistlərin suallarına cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" - deyib.

Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.
"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməlidir", - vəkil bildirib.
Həmçinin oxuyun
Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.
Müşavirədən sonra hakim vəsatəti təmin etməyib.
Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.
Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
14:05 / 17 Mart 2026
117
14:02 / 17 Mart 2026
13
13:56 / 17 Mart 2026
23
13:49 / 17 Mart 2026
58
13:46 / 17 Mart 2026
67
13:32 / 17 Mart 2026
197
13:28 / 17 Mart 2026
41
13:25 / 17 Mart 2026
39
13:20 / 17 Mart 2026
186
13:13 / 17 Mart 2026
60
13:06 / 17 Mart 2026
43
12:59 / 17 Mart 2026
94
12:48 / 17 Mart 2026
627
12:43 / 17 Mart 2026
151
12:40 / 17 Mart 2026
159
12:28 / 17 Mart 2026
816
12:25 / 17 Mart 2026
55
12:22 / 17 Mart 2026
61
12:16 / 17 Mart 2026
67
12:06 / 17 Mart 2026
882
11:53 / 17 Mart 2026
66
11:51 / 17 Mart 2026
166
11:39 / 17 Mart 2026
700
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.