Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
253
06.11.2024, 15:24
Noyabrın 8-9-da Azərbaycanda Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Oxu24.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.
O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək: "Qeyd edilən 3 gün ərzində "Qırmızı xətt"in "Həzi Aslanov" - "28 May" sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. "Yaşıl xətt" və "Qırmızı xətt"lərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq".
Rəis müavini qeyd edib ki, bu 3 gün ərzində "Bakmil" stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.
23:10 / 02 Sentyabr 2026
175
22:51 / 02 Sentyabr 2026
46
22:50 / 02 Sentyabr 2026
68
22:45 / 02 Sentyabr 2026
55
22:34 / 02 Sentyabr 2026
180
22:15 / 02 Sentyabr 2026
57
22:13 / 02 Sentyabr 2026
382
22:09 / 02 Sentyabr 2026
120
22:03 / 02 Sentyabr 2026
235
21:58 / 02 Sentyabr 2026
49
21:48 / 02 Sentyabr 2026
1752
21:39 / 02 Sentyabr 2026
55
21:30 / 02 Sentyabr 2026
325
21:22 / 02 Sentyabr 2026
65
21:19 / 02 Sentyabr 2026
61
21:15 / 02 Sentyabr 2026
68
21:08 / 02 Sentyabr 2026
69
21:06 / 02 Sentyabr 2026
76
21:04 / 02 Sentyabr 2026
1932
20:54 / 02 Sentyabr 2026
140
20:45 / 02 Sentyabr 2026
61
20:34 / 02 Sentyabr 2026
90
20:24 / 02 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.