Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
995
05.11.2024, 18:05
Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.
"Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".
Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:
"Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur".
Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə gedirsə... Bu, absurddur. Ailədə hörmət qarşılıqlı olmalıdır. Bu yaxınlarda bir tanışım haqqında eşitdim ki, qızla oğlan yeni nişanlanıb. Oğlan qıza deyib ki, maaş kartını anama verəcəksən. Qız deyib ki, valideynlərim mənə təhsil almağa dəstək olub, işlə təmin edib. İndi kartımı qayınanama verəcəm!? Oğlanlar deyirlər, telefon qızları korlayıb. Xeyr".
CityPost.az xəbər verir ki,aparıcı Aytən Səfərovanın bu fikirlərinə tanınmış şair Şəmsi Vəfadar münasibət bildirib.
“Təəssüflər olsun ki, bəzi insanlar dönüb keçmişlərinə baxmağı nədənsə unudurlar. Belələrindən soruşmaq lazımdır ki,sən özün kimsən axı,çıxıb televiziyadan millətə əxlaq dərsi verirsən? Kim necədirsə,istəyir ki, başqaları da onun kimi olsun.Bu tip insanlar özlərindəki nöqsanları görə bilmirlər.Hörmətli mərhum akademik Cəlal Əliyev Milli Məclisdə onun barəsində illər öncə sözünü deyib.Cəlal müəllimin Aytən Səfərovaya xitabən dediklərini özünüzün xatırlamağı yerinə düşər.O aparıcı qadını 90-cı illərin əvvəllərindən tanıyırdım...
Bakının qəribə küləyi var. O əsib,bütün eybəcərliklərin üstünü örtür.Amma belələri unutmamalıdırlar ki,axı onları tanıyanlar da var.
Bir məşhur şeir var:
Qəribə quş imiş çobanaldadan
Özünü,başını kolda gizlədir.
Amma bilməyir ki,hələ o nadan
Qıraqda gözlər var,onu izləyir...
Bir əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm. Bu qadının bir ailənin övladını vurub öldürməsindən bir il ötməyib. Ailənin yarası təzə-təzə qaysaq bağlayır. Çıxıb ədəbdən, ərkandan bəhs edir.
Belələri haqqında mərhum Xalq şairi Zəlimxan Yaqub sözünü deyib və möhürünü də vurub.
Bu qadının özünün nə qayınanası var, nə nüfuzli ali təhsili var, nə də digər bəhs etdiyi şeylər...
O, hər zaman özündə olmayan şeylərdən danışır. Xalqın gözünə kül üfürmək bu tip adamlara nə verir,görəsən? Gəzmədiyi telekanal qalmayıb,bu qadının. Belələrindən millətə ağbirçək,ağsaqqal çıxmaz. Bu qadına demək lazımdır ki, xalqın ağsaqqalı da var,ağbirçəyi də,məsləhətçisi də... Sən get öz işlərinlə məşğul ol!.Bu xalqa sənin kimi məsləhətçi lazım deyil ”,- deyə Şəmsi Vəfadar bildirib.
23:10 / 02 Sentyabr 2026
291
22:51 / 02 Sentyabr 2026
69
22:50 / 02 Sentyabr 2026
93
22:45 / 02 Sentyabr 2026
79
22:34 / 02 Sentyabr 2026
210
22:15 / 02 Sentyabr 2026
74
22:13 / 02 Sentyabr 2026
477
22:09 / 02 Sentyabr 2026
150
22:03 / 02 Sentyabr 2026
277
21:58 / 02 Sentyabr 2026
63
21:48 / 02 Sentyabr 2026
2070
21:39 / 02 Sentyabr 2026
61
21:30 / 02 Sentyabr 2026
354
21:22 / 02 Sentyabr 2026
68
21:19 / 02 Sentyabr 2026
65
21:15 / 02 Sentyabr 2026
74
21:08 / 02 Sentyabr 2026
75
21:06 / 02 Sentyabr 2026
82
21:04 / 02 Sentyabr 2026
2117
20:54 / 02 Sentyabr 2026
148
20:45 / 02 Sentyabr 2026
64
20:34 / 02 Sentyabr 2026
98
20:24 / 02 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.