Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105523
az

Sabah bəzi yerlərdə yağış yağacaq, külək əsəcək - PROQNOZ

12:5805 Aprel, 2024
85
REDAKTORUN SEÇİMİ
  • A

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən şəxs görün kim imiş
Azərbaycanda güclü partlayış: Ölən var
Ramiz Abışov vəfat edib