Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti tapılıb.
Oxu24.com xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızının qətlində şübhəli bilinir.
Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.
Meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları aşkarlayıblar.
Faktla bağlı araşdırmalar aparılır.(APA)
Oxu24.com
ŞƏRHLƏR