Qaynar xətt:

(+99450) 247 90 86

Geomaqnit qasırğası gözlənilir

Geomaqnit qasırğası gözlənilir

REDAKTORUN SEÇİMİ

480

12.02.2024, 14:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kosmik hava proqnozu açıqlanıb.
Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyi sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Nigar