Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
339
09.02.2024, 08:40
Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərək oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.
Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonu əlindən alaraq yerə çırpıb.
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib.
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib.
21:29 / 22 Sentyabr 2026
26
21:19 / 22 Sentyabr 2026
30
21:10 / 22 Sentyabr 2026
39
21:00 / 22 Sentyabr 2026
46
20:55 / 22 Sentyabr 2026
45
20:39 / 22 Sentyabr 2026
51
20:37 / 22 Sentyabr 2026
572
20:15 / 22 Sentyabr 2026
56
20:00 / 22 Sentyabr 2026
56
19:46 / 22 Sentyabr 2026
70
19:36 / 22 Sentyabr 2026
402
19:21 / 22 Sentyabr 2026
73
19:19 / 22 Sentyabr 2026
72
19:15 / 22 Sentyabr 2026
62
19:11 / 22 Sentyabr 2026
72
18:59 / 22 Sentyabr 2026
476
18:55 / 22 Sentyabr 2026
70
18:55 / 22 Sentyabr 2026
62
18:54 / 22 Sentyabr 2026
70
18:50 / 22 Sentyabr 2026
67
18:45 / 22 Sentyabr 2026
78
18:45 / 22 Sentyabr 2026
79
18:40 / 22 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.