Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! FHN itkin Rasimlə bağlı açıqlama yaydı

SON DƏQİQƏ! FHN itkin Rasimlə bağlı açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

581

08.02.2024, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir.
Bu barədə Oxu24.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.