Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
405
08.02.2024, 13:43
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, icraatında olan işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilir.
Binəqədi Rayon Məhkəməsi E.Əhmədovun nüfuzunu, bəlli yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq onun haqda ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, hakimin saxlanılması haqda ilk məlumatı Gununsesi.info yayıb.
***
Məsələ ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Məlumatda deyilir ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
22:54 / 22 Sentyabr 2026
33
22:39 / 22 Sentyabr 2026
44
22:34 / 22 Sentyabr 2026
37
22:15 / 22 Sentyabr 2026
43
21:43 / 22 Sentyabr 2026
53
21:29 / 22 Sentyabr 2026
63
21:19 / 22 Sentyabr 2026
65
21:10 / 22 Sentyabr 2026
67
21:00 / 22 Sentyabr 2026
71
20:55 / 22 Sentyabr 2026
73
20:39 / 22 Sentyabr 2026
77
20:37 / 22 Sentyabr 2026
836
20:15 / 22 Sentyabr 2026
75
20:00 / 22 Sentyabr 2026
71
19:46 / 22 Sentyabr 2026
86
19:36 / 22 Sentyabr 2026
491
19:21 / 22 Sentyabr 2026
82
19:19 / 22 Sentyabr 2026
79
19:15 / 22 Sentyabr 2026
71
19:11 / 22 Sentyabr 2026
81
18:59 / 22 Sentyabr 2026
580
18:55 / 22 Sentyabr 2026
74
18:55 / 22 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.