Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü yanğın: Zəhərlənən var

Bakıda güclü yanğın: Zəhərlənən var

REDAKTORUN SEÇİMİ

619

08.02.2024, 08:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Nigar