Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
744
24.01.2024, 12:12
Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, yanvarın 24-də paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
19:34 / 23 Sentyabr 2026
1
19:17 / 23 Sentyabr 2026
34
19:09 / 23 Sentyabr 2026
18
18:50 / 23 Sentyabr 2026
133
18:39 / 23 Sentyabr 2026
122
18:26 / 23 Sentyabr 2026
133
18:25 / 23 Sentyabr 2026
237
18:15 / 23 Sentyabr 2026
58
17:58 / 23 Sentyabr 2026
63
17:55 / 23 Sentyabr 2026
71
17:53 / 23 Sentyabr 2026
60
17:25 / 23 Sentyabr 2026
73
17:24 / 23 Sentyabr 2026
581
17:16 / 23 Sentyabr 2026
76
17:13 / 23 Sentyabr 2026
188
17:05 / 23 Sentyabr 2026
67
16:59 / 23 Sentyabr 2026
382
16:53 / 23 Sentyabr 2026
67
16:47 / 23 Sentyabr 2026
69
16:43 / 23 Sentyabr 2026
75
16:34 / 23 Sentyabr 2026
682
16:25 / 23 Sentyabr 2026
71
16:15 / 23 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.