Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
597
22.01.2024, 22:31
Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var . Tovuz rayonunun Ağdam sakini olan Hacıyev Fərrux Səməd oğlu 01.01.1920-ci ildəndir.
Oxu24.com xəbər verir ki,Atası haqqında AzVision.az -a danışan Qasım Hacıyev bildirib ki, ailədə 4 uşaqdırlar- 3 oğlan, bir qız. Fərrux kişinin ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.
Fərrux dayının 6 nəvəsi, 5 nəticəsi var. Qasım Hacıyev nəvə-nəticəsinin sayının az olmasını həm atasının, həm də onların gec ailə qurması ilə əlaqəli olduğunu deyib:
"Atamgilin nəsli uzunömürlüdür. Uzunömürlü olmalarının bir sirri isə gec ailə qurmalarıdır. Deyir ki, atası, babası da ona məsləhət edibmiş ki, "gec ailə qur, uzun ömür sür". Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya Müharibəsi olub. Atam danışırdı ki, qardaşı 1939-cu ildə Rusiya-Finlandiya müharibəsinə aparılıb. 1941-ci ildə evə təzə gəlmişdi ki, kənd soveti gəlib qardaşını anasının əlindən alıb. Anası nə qədər yalvarıb ki, bir gün də qalsın, qoymayıblar. Qardaşı müharibədən qayıtmadı. Anası isə onun da getməməsi üçün qaçaqlıq etməyini bildirib. Özünün danışdığına görə bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürləndən sonra Tovuza qayıdıb evlənib.
Atam kimi bizim də gəncliyimiz Qarabağ müharibəsinə düşüb. Məlumdur ki, Ağdam kəndi Ermənistanla sərhəddir və daim atəş altındadır. Biz burada sanki həbsdəydik. Ağdamda sanki hər şey, həyat ləngiyirdi. Buna görə bizlər də gec ailə qurduq".
Oğlunun sözlərinə görə Fərrux dayının uzunömürlülüyünün digər sirri hər şeyi yeməməsidir: "Atam bostanda bitən tərəvəzləri, həyətdə böydülən toyuqları yeyər. O indiyə qədər yarımfabrikat məhsullar, broyler toyuq, kolbasa, sosiska yeməyib. Spirtli içkilər içmir. Yalnız evdə bağlanan kompot və çay içir".
Fərrux dayının gözləri zəif görsə də ölkədə gedən siyasi prosesləri yaxından izləyir. Vətən müharibəsində kənd və rayonların işğaldan azad edilməsi xəbərlərini daim televizordan alırdı.
"Lakin ilk 6 kəndin işğaldan azad edilməsini mən muştuluqlamışdım. İndi qarşıdan prezident seçkiləri gəlir. Atam da iştirak edəcək. Özü bizə deyir ki, "hamı səsini İlham Heydər oğlu Əliyevə versin. O bizim başımızın üstündən qara buludu götürdü, qanımızı təmizlədi. Başqası gəlsə yenə top-tüfəng başımızın üstündən əskik olmayacaq" ", deyə Qasım Hacıyev əlavə edib.

21:32 / 23 Sentyabr 2026
1
21:19 / 23 Sentyabr 2026
32
21:09 / 23 Sentyabr 2026
30
21:05 / 23 Sentyabr 2026
35
20:54 / 23 Sentyabr 2026
41
20:43 / 23 Sentyabr 2026
39
20:30 / 23 Sentyabr 2026
54
20:17 / 23 Sentyabr 2026
66
19:59 / 23 Sentyabr 2026
78
19:53 / 23 Sentyabr 2026
64
19:34 / 23 Sentyabr 2026
110
19:17 / 23 Sentyabr 2026
1113
19:09 / 23 Sentyabr 2026
69
18:50 / 23 Sentyabr 2026
189
18:39 / 23 Sentyabr 2026
179
18:26 / 23 Sentyabr 2026
170
18:25 / 23 Sentyabr 2026
483
18:15 / 23 Sentyabr 2026
68
17:58 / 23 Sentyabr 2026
75
17:55 / 23 Sentyabr 2026
86
17:53 / 23 Sentyabr 2026
66
17:25 / 23 Sentyabr 2026
82
17:24 / 23 Sentyabr 2026
761
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.