Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
723
20.01.2024, 11:56
Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu bilirdinizmi? Həkimlər təzyiq problemi olanlara vəziyyəti nəzarətdə saxlamaq üçün dərmanlar yazırlar, müalicə üçün yox. Lakin indi haqqında danışmaq istədiyim 10 addımı tətbiq edərək təzyiqə dərmansız şəkildə qalib gələ bilərsiniz. Ən azından, istifadə edilən dərmanların sayını azaldarsınız.
Təzyiqdən qorxmaqdansa, həyatınızdakı müəyyən şeyləri dəyişin.
1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı damarlarda şişkinlik yaradır. Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur. Az karbohidratlı qidalanma təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla, gedib-gəlib atışdırdığımız fast-foodlarla, ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə, əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki, gündəlik qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını təkrar qazanacaqsınız. Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər aktivləşəcək, təzyiq təbii şəkildə düşəcək. Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur.
2) Toksik yağlardan qurtulmaq. Sizə qəribə gələ bilər, amma bir statistikanı nəzərinizə çatdırım. Müasir dövrümüzdə yaşı 30-u adlamış insanların 1/3-i, yaşı 40-dan yuxarı olanların 1/2-i təzyiq xəstəsidir. Səbəb isə Omega-6 yağ turşularının orqanizmdə depolanmasıdır. Biz Omega-6 yağ turşularını rafinə edilmiş yağlarla qəbul edirik. Məsələn; günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, raps (kanola) yağı kimi məhsullar rafinə edilmiş yağlardır. Orqanizmdə Omega-3 və Omega-6 balansı pozulduqda iltihablanma başlayır. Bu iltihablanmanın ən birinci xəsarət verdiyi orqan pankreasdır. Pankreasın hüceyrələrindəki gündən-günə genişlənən xarabalıqlar damarların divarlarına da sirayət edir. İnsulin səviyyəsi, ardınca da təzyiq yüksəlir. Mətbəximizdəki yağlara diqqət etməyə borcluyuq. Çünki həyat qarşısında sağlam yaşamaq öhdəliyimiz var. Əgər Omega-6 deposu bitki yağlarını almaqda, onları yeməklərimizə tökməkdə davam ediriksə, istədiyimiz qədər Omega-3 əlavəsi qəbul etsək belə, balans istədiyimiz kimi olmayacaq.
01:28 / 24 Sentyabr 2026
27
01:17 / 24 Sentyabr 2026
60
01:03 / 24 Sentyabr 2026
199
00:52 / 24 Sentyabr 2026
49
00:42 / 24 Sentyabr 2026
57
00:41 / 24 Sentyabr 2026
63
00:34 / 24 Sentyabr 2026
55
00:14 / 24 Sentyabr 2026
57
00:14 / 24 Sentyabr 2026
1026
00:08 / 24 Sentyabr 2026
105
23:59 / 23 Sentyabr 2026
67
23:55 / 23 Sentyabr 2026
62
23:54 / 23 Sentyabr 2026
53
23:48 / 23 Sentyabr 2026
69
23:36 / 23 Sentyabr 2026
66
23:29 / 23 Sentyabr 2026
61
22:52 / 23 Sentyabr 2026
76
22:37 / 23 Sentyabr 2026
72
22:30 / 23 Sentyabr 2026
63
22:14 / 23 Sentyabr 2026
70
21:47 / 23 Sentyabr 2026
126
21:36 / 23 Sentyabr 2026
756
21:19 / 23 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.