Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtdan dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

Sumqayıtdan dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

394

18.01.2024, 08:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. 1981-ci il təvəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi "Grand Cherokee" markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində "Opel"in sürücüsü, habelə sərnişinlər - Naxçıvan şəhər sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Səyyarə Bayram qızı, 1987-ci il təvəllüdlü Pənahova Aynurə Zöhrab qızı, 2003-cü il təvəllüdlü Şirinova Sama Vüqar qızı xəsarət alıblar. Qəza zamanı 1985-ci il təvəllüdlü Nəzərov Ramin Yaqub oğlu isə hadisə yerindəcə ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.