Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda polis generalı vəfat edib

Azərbaycanda polis generalı vəfat edib

REDAKTORUN SEÇİMİ

454

17.01.2024, 10:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev 69 yaşında vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat verib. O, bu gün Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib. O, 2017-ci ilin yanvar ayında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. Miri