Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
721
14.01.2024, 23:37
İsti içkilər 65 dərəcədən yuxarı hər gün çox miqdarda istehlak edildikdə yemək borusunda yanma, aşınma və qıcıqlanma ilə meydana gələn ezofagit xəstəliyinə səbəb olur.
Oxu24.com xəbər verir ki, türkiyəli həkim Vedat Göral bununla bağlı xəbərdarlıq edib.
Qastroenteroloq bildirib ki, qışda istehlak edilən həddindən artıq isti içkilər sonrakı illərdə qida borusu və qırtlaqda xərçəng riski yaradır.
Həkimin tövsiyəsinə görə, çay və ya digər içkilərin temperaturu 65 dərəcədən aşağı olmalıdır. Göral sahlep, isti şokolad, qəhvə, süd, kapuçino, çobanyastığı, cökə, zəncəfil və şüyüd çaylarının ilıq içilməsi lazım olduğunu ifadə edib.
"Xüsusilə isti çay 65 dərəcədən yuxarı temperaturda hər gün çox miqdarda istehlak edildikdə ilkin olaraq yemək borusunda yanma, aşınma və qıcıqlanma ilə ortaya çıxan ezofagit xəstəliyinə səbəb olur. Əgər isti içkilər içməyə davam etsəniz, bu, növbəti illərdə qida borusu və qırtlaqda xərçəng riski yaradır, boğazın zədələnməsinə və diş çürüməsinə səbəb olur. Həddindən artıq istilik diş səthindəki qoruyucu qatı məhv edir və rəngin dəyişməsinə səbəb olur. Çayın və ya digər içkilərin temperaturu 65 dərəcədən aşağı olmalıdır ki, bu da dözülən temperaturdur. Siqaret çəkənlər çox isti çay qəbul etdikdə xərçəng riski 2 dəfə, həm siqaret, həm isti çay, həm də spirtli içki qəbul etdikdə isə risk 5 dəfə artır. Həmçinin güclü ağrıkəsiciləri isti içkilərlə birlikdə qəbul etmək olmaz" - qastroenteroloq əlavə edib.(musavat.com)
17:05 / 24 Sentyabr 2026
1
17:00 / 24 Sentyabr 2026
24
16:41 / 24 Sentyabr 2026
40
16:31 / 24 Sentyabr 2026
153
16:30 / 24 Sentyabr 2026
47
16:08 / 24 Sentyabr 2026
68
15:55 / 24 Sentyabr 2026
61
15:39 / 24 Sentyabr 2026
76
15:31 / 24 Sentyabr 2026
67
15:27 / 24 Sentyabr 2026
66
15:21 / 24 Sentyabr 2026
712
15:20 / 24 Sentyabr 2026
59
15:11 / 24 Sentyabr 2026
65
15:07 / 24 Sentyabr 2026
89
15:05 / 24 Sentyabr 2026
70
15:05 / 24 Sentyabr 2026
74
15:00 / 24 Sentyabr 2026
72
14:50 / 24 Sentyabr 2026
394
14:40 / 24 Sentyabr 2026
77
14:30 / 24 Sentyabr 2026
76
14:30 / 24 Sentyabr 2026
71
14:17 / 24 Sentyabr 2026
293
14:09 / 24 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.