Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101012
az

Bakıda şok hadisə: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldı

21:1314 Yanvar, 2024
723
REDAKTORUN SEÇİMİ
  • A

Bakı şəhər Xətai rayon Məhkəməsində sevgi münasibətində olduğu qadını döyən və ona qarşı soyğunçuluq etmiş 1992-ci il təvəllüdlü Natiq Məmmədov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  Publika.az-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən gənc oğlanın subay, zərərçəkən qadının isə evli olduğu, onların arasında sevgi münasibətinin olması üzə çıxıb. Bəlli olub ki, onlar təxminən 3 il əvvəl sosial şəbəkə vasitəsilə tanış olublar və tez-tez görüşməyə başlayıblar. Belə ki, həyat yoldaşı vəzifəli şəxs olan və maddi cəhətdən imkanlı olan Viktoriya (şərti) adlı qadın Xətai rayonundakı evində əksər vaxtlar tək yaşayıb. Bundan sonra Binəqədi rayon sakini olan Natiq qadının evinə yaxın yerdən kirayə ev tutub və anası ilə ora köçüb. Gənc oğlanla Viktoriya beləliklə vaxtaşırı görüşməyə başlayıblar. Tanışlıq müddətində Natiqin kirayə tutduğu evin aylıq ödənişlərini də Viktoriya ödəyib.

Ətraflı
Baş vermiş cinayət hadisəsinə gəlincə zərərçəkmiş qadın olayı belə təsvir edib:

"Təxminən 3 ilə yaxındır ki, sosial şəbəkələrin birində Natiqlə tanış olmuşuq. Bundan sonra aramızda yaxın münasibət yaranıb və görüşməyə başlamışıq Natiq anası Sveta ilə birlikdə yaşadığım məhəllədə kirayə yaşayıb. Natiqin kirayə yaşadığı evin pulunu mən ödəmişəm. 06 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığım evə dəvət etdim. Natiq saat 18 radələrində gəldi, birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib 5 min manat pul istədi. Mən də hazırda pulumun olmadığını bildirən zaman aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Natiqin yataq otağında olan siyirmədən mənə məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü gördüm. Natiqə yaxınlaşıb qızıllarını qaytarmağı tələb edəndə məni itələyib qızıllarımı da götürüb getdi. Natiq getdikdən bir qədər sonra özümə məxsus "Samsung” markalı mobil telefonumu götürdüyümü anladım. 08 dekabr 2020-ci il tarixdə Natiqin kirayə yaşadığı evə getdim. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açdı. O, Natiqin evdə olmadığını bildirdi. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini gördüm. Mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etdim, o isə qızılları qaytarmayacağını bildirdi. Polisə şikayət edəcəyim təqdirdə aramızda olan münasibətin ailə üzvlərimə bildirəcəyini dedi. Bu mövzuda aramızda mübahisə baş verdi və mübahisə zamanı Natiq mənim bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirdi.

Bundan sonra oradan çıxaraq yaşadığım evə qayıtdım və artıq dözə bilmədiyim üçün baş vermiş hadisə barədə ailə üzvlərimə məlumat verdim. Səhərisi gün, yəni 09 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etdim. Natiqin yaşadığı evdən paltar dolabından götürdüyü mücrünün içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olub. Bundan əlavə hadisə zamanı 1 ədəd 2.000 manat dəyərində "Samsung S9 plus” markalı mobil telefon götürülüb. Ümumilikdə mənə 38967 manat ziyan dəyib. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3000 manat ona ödənili. İş üzrə mənə məxsus maddi sübut kim tanınmış bir ədəd 5407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özümə qaytarılıb”.

Zərərçəkən qadının dediklərini onun evində xidmətçi işləyən qadın və şəxsi sürücüsü də təsdiq edib.

Məhkəmə prosesində Viktoriya barışıq ərizəsi verərək Natiqi bağışladığını, məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi opktyabrın 5-də başa çatıb və Natiq Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Aktrisa prodüseri tutdurdu
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
Dəvələr haqda maraqlı məlumatlar

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR