Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101004
az

Bədənimizdən gələn PİS QOXUNUN səbəbi - 98% İnsan bunu bilmir

19:5014 Yanvar, 2024
622
REDAKTORUN SEÇİMİ
  • A

Salam dəyərli izləyicilərim. Bədəninizdən gələn bəzi qoxuların daxilinizdəki xəstəlikdən xəbər verdiyini bilirdiniz? Bəli, əksər insan pis qoxunun səbəbini natəmizlikdə axtarır. Amma məsələ heç də elə deyil. 

 

Qoxu nədən xəbər verir? Şübhəsiz ki, bütün dostlarınızın özünəməxsus bədən qoxusuna öyrəşmisiniz. Bəzən bir insanla ilk görüşdə belə, dərhal onunla ünsiyyəti dayandırmaq istəyirik. Çünki onun qoxusunu heç sevmirik. Bəzən isə kiminsə qoxusu ilk saniyələrdən simpatiya oyadır. Və bu xüsusi bədən qoxusu həyat boyu, demək olar ki, dəyişmir.

İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar  bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.

Ancaq qoxu  bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının “həyəcan siqnalı” ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!

Xəstəliklərin qoxuları

Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb.  Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.

Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər  xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.

Sirkə qoxusu.  Bədəndə yağların böyük həcmdə parçalanması səbəbilə tərlə çıxan aseton kimi qoxuyur. Həmişə kök olan insan qəfildən arıqlamaq qərarına gəlib, idmanla məşğul olmağa başlayırsa, bədən əmələ gələn bütün asetonu böyrəklər vasitəsilə çıxara bilmir. Nəticədə, tərlə ifraz etməyə çalışır. Sirkə qoxusu diabetin də əlaməti ola bilər. Mədəaltı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o, yağları parçalamaq üçün siqnallar göndərir. Diabet xəstəliyi orqanizmdən şirin və ya sitrus, ananas, çürük alma qoxusunun yayılmasına səbəb bilər. Bu, tər və sidiklə təkcə asetonun deyil, həm də qlükozanın sərbəst buraxılması ilə əlaqədardır.  Günün müəyyən saatlarında qoxunun artıb-azalması da müşahidə edilirsə, şəkərli diabetdən şübhələnnəyə dəyər.

Fərqli qoxular. Alimlərin fikrincə, yaşla bağlı geniş yayılmış xəstəliklərin, məsələn; Alzheimer və Parkinson xəstəliklərinin də özünəməxsus qoxusu ola bilər. Bədən kimyasındakı dəyişikliklərə görə, Alzheimer çovdar çörəyi və ya maya, Parkinson isə müşk qoxusu verə bilər.

Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır;  çünki  meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır  və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq.

Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır.  Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet  aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır.

Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli  demansiyanın  fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər.

Qeyri-adi qoxuları olan insanlarla rastlaşmısınız? Müşahidələrinizi paylaşın!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı